AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zidan "Çelsi"yə rəhbərlik edə bilər

  • + A
  • - A
  • 2-03-2023, 14:56

    Zidan "Çelsi"yə rəhbərlik edə bilər

    Məşhur fransalı mütəxəssis Zinəddin Zidan London "Çelsi"sinin baş məşqçisi ola bilər. Azadmedia.az bu barədə Sport.es-ə istinadən xəbər verir.

    Mənbənin məlumatına görə, London klubu hesab edir ki, Zidan komandanın zəif nəticələrinə görə "Çelsi"nin baş məşqçi postunu tərk edə biləcək Qrem Potteri əvəz edə bilər.

    Zidan 2016-2018-ci illərdə "Real Madrid"i idarə edib, 2019-cu ildə yenidən "Real Madrid"in baş məşqçisi vəzifəsinə qayıdıb. Onun rəhbərliyi altında komanda iki dəfə İspaniya çempionatının, iki dəfə İspaniya Superkubokunun və üç dəfə Çempionlar Liqasının qalibi olub. Qeyd edək ki, o, ardıcıl üç dəfə əsas klub turnirinin qalibi olmağı bacarıb. 2021-ci ildən o, komandasız qalıb.

    Daha əvvəl Qətər əmiri Təmim bin Həməd Əl Taninin Zinəddin Zidanı Paris Saint-Germain-in baş məşqçisi vəzifəsində görmək istədiyi bildirilirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR