AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yuventus"un futbolçusu Moise Kin əvəzediciyə daxil olduqdan bir dəqiqə sonra qırmızı vərəqə alıb

  • + A
  • - A
  • 6-03-2023, 02:32

    "Yuventus"un futbolçusu Moise Kin əvəzediciyə daxil olduqdan bir dəqiqə sonra qırmızı vərəqə alıb

    "Yuventus"un hücumçusu Moise Kin İtaliya A Seriyasının 25-ci turunun "Roma" ilə oyununda əvəzedici heyətlə meydana çıxdıqdan bir dəqiqə sonra qırmızı vərəqə alıb.

    Azadmedia.az xəbər verir ki, 89-cu dəqiqədə meydana daxil olan hücumçu 90-cı dəqiqədə meydandan qovulub.

    Romadakı "Olimpiko" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Yeganə qolu 53-cü dəqiqədə Canluka Mançini vurub. Matçın lap sonunda “Yuventus”un futbolçusu Moise Kin qırmızı vərəqə alıb.

    Beləliklə, “Roma” dörd oyundur ki, “Yuventus”un qələbə seriyasını kəsib. Roma klubu 47 xalla dördüncü yerdədir. "Yuventus" 35 xalla 8-ci yerdədir.

    İtaliya çempionatında növbəti oyununu “Roma” “Sassuolo” ilə keçirəcək. Qarşılaşma martın 12-də baş tutacaq. Həmin gün “Yuventus” “Samptoriya” ilə qarşılaşacaq.

    Daha əvvəl İspaniya çempionatında "Real"ın "Betis"lə heç-heçə etdiyi bildirilirdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR