Trampdan kimyəvi hücuma sərt reaksiya — "Heyvan Əsəd" dedi
ABŞ preizdenti Donald Tramp Suriyada kimyəvi silahlardan istifadə olunmasına çox sərt reaksiya verib.
O, bu barədə açıqlamanı “Twitter” hesabından verib.
Kimyəvi silahla hücum nəticəsində çoxlu qadın və uşağı öldüyünü və yaralandığını deyən Tramp, “Heyvan Əsəd” sözlərini işlədib və bunun, ona baha başa gələcəyini bildirib.
Tramp, bölgənin Suriya ordusu tərəfindən mühasirəyə alındığını qeyd edib.
“Məsuliyyət, Əsədi dəstəkləyən Rusiya və İranın üstündədir. Əsəd kimyəvi silahlardan istifadə etdiyi üçün əvəzini çox pis şəkildə ödəyəcək. Bölgə, istintaq və tibbi yardımlar üçün təcili olaraq açılmalıdır”, - deyə Tramp vurğulayıb.