AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırıq" - Çinin liderindən İlham Əliyevə məktub

  • + A
  • - A
  • 17-04-2018, 09:28

    "Bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırıq" - Çinin liderindən İlham Əliyevə məktub















    Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

    Mia.az xəbər verir ki, Si Cinpin Çinlə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasından sonra ikitərəfli əlaqələrin inkişafındakı nailiyyətləri müsbət dəyərləndirib.

    Si Cinpin qeyd edib ki, Çin Azərbaycanla münasibətlərin inkişafına böyük diqqət yetirir, Azərbaycanla birgə hər iki ölkənin və xalqın rifahı naminə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

    Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR