İstanbulun mərkəzində səhər saatlarında çökməyə başlayan bina tam çöküb.  Azadmedia.az REN TV-yə istinadla xəbər verir ki, Karaköy Kəməraltı küçəsində yerləşən, köçürülən beşmərtəbəli bina yerli vaxtla saat 14:50-də uçub.
 Məlum olub ki, binada abadlıq işləri aparılıb.  Uçulmaq təhlükəsi ilə əlaqədar hadisənin baş verdiyi küçə elə səhər saatlarından qismən bağlanıb, o cümlədən səlahiyyətlilər ictimai nəqliyyatın hərəkətini məhdudlaşdırıb.
 Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.