Qazaxıstanda qaz emalı zavodunda baş verən yanğın zamanı bir neçə nəfər xəsarət alıb.
 Bazar ertəsi, mayın 1-də “SNPS-Aktobemunaigas” qaz emalı zavodunda yanğın baş verib.  Yüngül karbohidrogen hasilatı qurğusundan başlayan yanğın daha sonra zavodun digər obyektlərinə keçib.  Hadisə zamanı 4 əməkdaş xəsarət alıb.  Hazırda onların vəziyyəti ilə bağlı məlumat yoxdur.  Azadmedia az ORDA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsinə 52 yanğınsöndürmə briqadası və 9 ixtisaslaşdırılmış texnika cəlb olunub.
 Bundan əvvəl bildirilmişdi ki, Sankt-Peterburqda Prinevskaya küçəsində anbarlardan birində yanğın baş verib.  Ümumi yanğın sahəsi 450 kv.m.  Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 32 əməkdaşı və 7 yanğınsöndürən maşını cəlb olunub.
 
   Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.