AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kərim Benzema Real Madriddən ayrıldığını açıqlayıb - SƏBƏB

  • + A
  • - A
  • 4-06-2023, 14:54

    Kərim Benzema Real Madriddən ayrıldığını açıqlayıb - SƏBƏB

    Fransız futbolçu və hazırkı "Qızıl top"un sahibi Kərim Benzema mövsümün sonunda İspaniyanın "Real Madrid" futbol klubunu tərk edəcək. Azadmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
    "Real Madrid" və kapitanımız Kərim Benzema klubumuzun oyunçusu kimi onun parlaq və unudulmaz dövrünü başa vurmaq barədə razılığa gəliblər", - klubun saytında deyilir.
    35 yaşlı Kərim Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, komandanın tərkibində dörd dəfə İspaniya çempionu, üç dəfə kubokun və daha dörd dəfə İspaniya Superkubokunun sahibi olub. Benzema həmçinin beş dəfə Çempionlar Liqasının və Klublararası Dünya Kubokunun qalibi olub. Payızda o, ən nüfuzlu futbol mükafatını - Qızıl Topu alıb.

    Daha əvvəl media Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun futbolçuya 200 milyon avroya iki illik müqavilə təklif etdiyini yazmışdı.Daha sonra Benzema "Real Madrid"dən ayrılmaq fikrində olmadığını bildirmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR