AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mbappe Çempionlar Liqasının finalının favoriti adlandırıb

  • + A
  • - A
  • 5-06-2023, 03:11

    Mbappe Çempionlar Liqasının finalının favoriti adlandırıb

    "PSJ"nin hücumçusu Mbappe "İnter"lə Çempionlar Liqasının finalında "Mançester Siti"ni favorit adlandırıb.
    Paris Saint-Germain futbolçusu Kilian Mbappe qarşıdan gələn Çempionlar Liqasının finalında "Mançester Siti"nin "İnter"i məğlub edəcəyi ilə bağlı fikirlərini bildirib. Azadmedia.az xəbər verir ki, Mbappenin sözlərini Sky Sports yayıb.

    “Çempionlar Liqasının finalı əla olacaq, mən onu izləyəcəm. Düşünürəm ki, “Mançester Siti” qalib gələcək”, – Mbappe bildirib.

    Avropanın əsas klub turnirinin finalı iyunun 10-da İstanbulda keçiriləcək. Qarşılaşma Moskva vaxtı ilə saat 22.00-da başlayacaq. Xatırladaq ki, “Mançester Siti” turnirin yarımfinalında “Real”ı məğlub edib, “İnter” isə “Milan”dan güclü olub. Paris Saint-Germain Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırıb. Parislilər "Bavariya"ya ümumi 0:3 hesabı ilə uduzublar.

    Bundan əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Çempionlar Liqasının finalının hakimlərini dəyişə biləcəyi barədə məlumat yayılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR