Türkiyədə dollar bütün zamanların tarixi anti-rekordunu yeniləyib.
Son saatlarda bir dollar 7,32 faiz artaraq 23,13 TL olub.
Avronun məzənnəsi isə 7,39 faiz artıb - 24,85 TL.
Bazarda qısa müddətdə dollar 24 lirəni də keçib.
***09:45
Dollar Türk lirəsi qarşısında rekord qıraraq möhkəmlənməyə davam edir.
İyun ayının 7-nə olan məlumata görə, bir ABŞ dolları 22,25 TL-yə çatıb.
Avro isə günə 3,52 faiz artımla 23,92 TL-dən başlayıb.
Qeyd edək ki, bir Azərbaycan manatı 13.10 lirəyə bərabərdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.