AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə meşə yanğınları başlayıb

  • + A
  • - A
  • 16-07-2023, 10:54

    Türkiyədə meşə yanğınları başlayıb

    Türkiyədə xilasedicilər Çanaqqala bölgəsində yerləşən Gökçeada şəhərində meşəlik ərazidə baş verən yanğına nəzarət etməyə çalışırlar. Qeyd olunur ki, küləkli hava şəraiti ilə əlaqədar yanğın ərazisi artıb.

    Bundan əvvəl Türkiyənin Osmaniya bölgəsinin Sumbas rayonunun Qafarlı kəndi yaxınlığındakı meşədə naməlum səbəbdən yanğın baş verib. Külək nəticəsində yanğın sürətlə yayılıb.

    Rayona Meşə Təsərrüfatı İdarəsinin yanğınsöndürmə briqadaları göndərilib. 2 helikopter və xüsusi texnikanın cəlb olunduğu yanğının söndürülməsinə cəhd edilir.

    Qeyd edək ki, 3 gün əvvəl eyni ərazidə baş verən yanğın nəticəsində 3 hektar ərazi yanıb.

    Bu gün də günorta saatlarında Kahramanmaraş şəhərinin Dülkadiroğlu rayonunda meşə yanğını baş verib. Yanğınsöndürənlər yanğını havadan və yerdən söndürürlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR