AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Veqan qadın aclıqdan öldü

  • + A
  • - A
  • 2-08-2023, 15:16

    Veqan qadın aclıqdan öldü

    Sosial mediada veqan qidalanmanı təbliğ edərək milyonlarla izləyiciyə çatan “Zhanna D'Art” kimi tanınan sosial media fenomeni Cənub-Şərqi Asiya turu zamanı müalicə aldığı xəstəxanada dünyasını dəyişib

    Veqan qidalanma tərəfdarı olan sosial media fenomeni (bloqqer) 39 yaşlı Janna Samsonova Cənub-Şərqi Asiya səfəri zamanı yalnız ekzotik meyvə pəhrizi yeməsi nəticəsində Malayziyadakı klinikalardan birində yorğunluqdan və aclıqdan ölüb.

    Yaxınlarının verdiyi açıqlamada Rusiya vətəndaşı J.Samsonovanın iyulun 21-də öldüyü bildirilib.
    Bir dostu mətbuata bildirib ki, Samsonova Şri-Lankaya səfərdə olduqca yorğun görünüb, müalicə üçün evə göndərilib, lakin o, geri qayıdıb.

    Mərhumun anası ölümün veqan pəhrizlə orqanizmin tükənməsi nəticəsində baş verdiyini deyib.

    Bişirilməyən otlarla hazırlanan yeməklərə diqqət yetirən Janna 5 ildir veqan pəhrizində olub, son 4 ildə isə bütün xam veqan pəhrizinə əməl edib, yalnız günəbaxan tumu, meyvə və şirələrlə qidalanıb.

    Xatırladaq ki, 2023-cü ilin mart ayında Soçidə xam qida bloggeri Maksim Lyutinin bir aylıq körpəsi ölmüşdü. Ölümün səbəbi qida çatışmazlığı və pnevmoniya qeyd edilmişdi. Martın 19-da Soçinin Lazarevski rayon məhkəməsi tərəfindən Lyutini iki aylıq həbs olunmuşdu. Dindirilmə zamanı kişi bütün günahı uşağın anasının üzərinə atmışdı. İstintaq isə müəyyən etmişdi ki, blogger ən azı gündə üç dəfə uşağı anasının əlindən alırmış ki, qadın onu yedizdirməsin və üstəlik körpəyə buzlu su tökürmüş.// TRT Azərbaycan


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR