AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dəhşətli qasırğa Məkkədə fəsadlar yaradıb

  • + A
  • - A
  • 23-08-2023, 14:00

    Dəhşətli qasırğa Məkkədə fəsadlar yaradıb

    Səudiyyə Ərəbistanının Məkkə şəhərini dəhşətli qasırğa vurub. Küləyin sürəti 80 km/saatı keçərək insanları yerə yıxıb və ağır metal konstruksiyaları aşırıb.

    "Müqəddəs paytaxtı vuran küləyin sürəti 80 km/saatı ötüb", - Səudiyyə Milli Meteorologiya Mərkəzinin nümayəndəsi Hüseyn əl-Qahtani sosial şəbəkədə yazıb.

    Yerli media tərəfindən yayılan görüntülərdə Səudiyyə Ərəbistanı vətəndaşları və əcnəbi zəvvarların tufan zamanı güclü külək tərəfindən uçurulduğu görünür. Qasırğa həmçinin reklam lövhələrini, metal konstruksiyaları və zibil qutularını dağıdıb.

    Əlverişsiz hava şəraiti fonunda Məkkə əyalətinin səlahiyyətliləri krallığın məktəb, kollec və universitetlərində dərslərin distant formata keçirildiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR