AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kim Çen İnin mühafizəçilərinin sirri — Şimali Koreya liderini kimlər qoruyur?

  • + A
  • - A
  • 12-06-2018, 10:59

    Kim Çen İnin mühafizəçilərinin sirri — Şimali Koreya liderini kimlər qoruyur?















    Dünya Kim Çen İnin avtomobilinin ətrafında qaçışan mühafizəçiləri bir də Sinqapurda gördü.
    Bu mühafizəçilər şoudan çox liderin təhlükəsizliyi təhlükə altına düşəndə hər üsula əl atırlar.

    “BBC”yə müsahibə verən Şimali Koreya üzrə mütəxəssis Maykl Madden bu mühafizəçilərin xüsusiyyətlərindən danışıb.


    Kim Çen İnin mühafizəçilərinin sirri — Şimali Koreya liderini kimlər qoruyur?

    Sirr

    Şimali Koreyada Kimin mühafizəçiləri üç fərqli təhlükəsizlik xidmətində oturur. Sinqapurda isə bunun bir az dəyişdirilmiş forması tətbiq edilir. Hər kəsin gözü qarşısında tünd rəngli kostyum geyinən mühafizəçilər var idi. Onlar Kimin limuzinin yanında qaçırdılar.



    Mühafizəçilər ordudan seçilir. Seçilmə şərtləri arasında Kim ilə eyni boyda olmaq və gözlərində heç bir problem olmaması lazımdır. Eyni zamanda sərrast atıcılıq və əlbayaxa döyüş sənətlərində usta olmaq şərtdir.

    Eyni zamanda mühafizəçinin iki nəsil şəcərəsi araşdırılır. Qrupun bir çox üzvü Kim ailəsi və Şimali Koreyanın seçilmiş ailələri ilə qohumluq əlaqələrinə məxsusdur.

    Mühafizəçi seçilənlər ciddi bir təlimdən keçirlər. Bu təlimlərdə silahdan istifadə, iz itirmə və müxtəlif döyüş sənətləri öyrədilir. Eyni zamanda mühafizəçilər fiziki dözümlülük, davranış sahəsində də müəyyən təlimlərdən keçirlər.
    Mühafizəçilər həm ətrafı, həm də ətrafdakı kütləni 360 dərəcə görə biləcək bir qoruma çəpəri yaradırlar. Kimin önündə 3 və ya 5 mühafizəçi olur.
    Sağ və sol tərəfin də hər birində 2-3 mühafizəçi yer alır. Bunlar Şimali Koreya liderinin yanında odlu silah gəzdirməyə icazə verilən nadir insanlardır. Odlu silah daşısalar da, onların əsas üsulu liderin ətrafını müşahidə etmək və təhlükə anında əlləri və vücudları ilə müdaxilə etməkdir.

    Kim Çen İnin mühafizəçilərinin sayı atasının mühafizəçilərinin sayına nisbətən azdır. Mühafizəçilər əsasən kostyum geyinirlər. Kimin sürücüləri isə dəri və ya kətan əlcək taxırlar. Eyni zamanda qulaqcıqlarla bir-birləri ilə əlaqə qururlar. Özlərini tanıtmaq üçün müəyyən kartlar və ya nişan taxır, müəyyən şifrəli sözlərdən istifadə edirlər.

    Mühafizə qurumunun 200-300 üzvü var. Bunların yarısı mühafizəçi, yarısı da sürücü və texniki heyətdir. Bəzi mühafizəçilərin uzun müddətli karyerası olsa da, ümumi olaraq xidmət müddəti 10 ildir. Mühafizə komandanlığı isə Kimin ətrafındakı birinci və üçüncü təhlükəsizlik halqasını yaradırlar.

    Birinci briqada liderin təhlükəsizliyini təmin edir, digər qruplar isə onun gedəcəyi yerlərin çevrə təhlükəsizliyini təmin etməklə mükəlləfdirlər. Eyni zamanda bəzi logistik və texniki xidmətləri də yerinə yetirirlər.

    Sinqapura 3 təyyarə ilə gedən Kimin 2 təyyarəsi mühafizəçilərdən ibarətdir. Bu heyət lideri güvənli telefon xətti ilə təmin etməli və kompüterin təhlükəsizliyinə cavab verməlidir.

    Bundan başqa Kimin Sinqapur səfərində istəyə biləcəyi içki, qida və ya siqaretə sahib olmaq, liderə təqdim edilən bütün qida və içkiləri nəzarətdən də keçirməlidirlər. Kimin şəxsi həkimi və tibb bacıları da bu heyətə daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR