AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Antarktidada həyəcan — 3 trilyon ton buz əriyib

  • + A
  • - A
  • 15-06-2018, 11:11

    Antarktidada həyəcan — 3 trilyon ton buz əriyib















    Antarktidada buzlar əriyir.
    Buzların əriməsi sürətlənib və 1992-2017-ci illər arasında 3 trilyon ton buzun əridiyi üzə çıxıb.

    “Nature” jurnalında yayımlanan məqaləyə əsasən, Antarktidada 1992-2011-ci illər arasında 84 milyard ton buz əriyib. 2012-2017-ci illər arasında isə bu rəqəm 241 milyard tonu ötüb. 25 il ərzində isə bu rəqəm 3 trilyon ton buz olub.
    NASA və Avropa Kosmik Agentliyinin 88 əməkdaşı 25 il ərzində əriyən buz təbəqəsinin Texas ştatı boyda bir ərazini 4 metr dərinlikdə su ilə dolduracaq qədər olduğunu hesablayıblar.

    Alimlər qeyd edirlər ki, əriyən buzlar dünya okeanında suyun səviyyəsinin 7.6 mm artmasına səbəb olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR