AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İranda “İnstagram” əməliyyatı: 46 nəfər tutuldu

  • + A
  • - A
  • 18-07-2018, 10:10

    İranda “İnstagram” əməliyyatı: 46 nəfər tutuldu












    İran polisinin keçirdiyi “İnstagram” əməliyyatı nəticəsində 46 nəfər həbs edilib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Bəndər Abbas şəhərində həyata keçirilən əməliyyatda “İnstagram” sosial şəbəkəsində “uyğunsuz” adlandırılan paylaşımlar edən 46 nəfər polis bölməsinə aparılıb. 8-i qadın olmaqla “İnstagram”da açıq-saçıq və cəmiyyət tərəfindən qəbul edilməyən fotolar paylaşan şəxslərin bəziləri fotoqraf, bəziləri isə gözəllik və şadlıq saraylarında işləyirlər. Polisdən verilən açıqlamada onların “İran mədəniyyətinə qəsdən zərər vermək”də təqsirləndirildikləri məlum olub. Xatırladaq ki, İranda “Facebook” və “Twitter” sosial şəbəkələri 2009-cu ildən etibarən qadağan edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR