AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MMA döyüş növü üzrə AFL(Azerbaijan Fighting league) Kəmər döyüşü keçirilib.

  • + A
  • - A
  • 7-07-2024, 16:29

    MMA döyüş növü üzrə AFL(Azerbaijan Fighting league) Kəmər döyüşü keçirilib.

    Xəbər verir ki, idman sahəsində Azərbaycana neçə-neçə dünya nüfuzlu idmançılar bəxş etmiş Acalovlar nəslinin daha bir nümayəndəsi yüksək nəticə əldə edərək daha bir qələbəyə imza atıb. Beləki, ölkədə və ölkə hüdudlarından kənarda idmandakı nailiyyətlərilə daim səs salan, həmçinin daim böyük nailiyyətlər əldə edən Acalovlar nəslinin azyaşlı nümayəndəsi Emin Acalov MMA döyüş növü üzrə Azərbaycan Fighting league-nın kəmər döyüşünün qalibi olub.

    11 yaş 28 kiloda rinqə çıxan Emin Acalov həmyaşıdlarına qalib gələrək yarışı ilk pillədə tamamlayıb və kəmər döyüşünün qalibi olub.

    Qeyd edək ki, Acalov Emin Musa oğlu 2013-cü ildə Bakı şəhərində anadan olub. İdmana olan sevgisi və həvəsi onda lap kiçik yaşlardan yaranıb və 5 yaşından qaydasız döyüş üzrə məşqlərə gedib. Emin bu müddət ərzində bir çox Respublika çempionatlarının və beynəlxalq turnirlərin qalibi olub, ümumilikdə 56 dəfə çempion adını qazanıb. O, 2 kəmər, onlarla diplom və kuboklara layiq görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR