AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya ikinci sammitdə iştirakdan imtina etdi

  • + A
  • - A
  • 11-07-2024, 15:35

    Rusiya ikinci sammitdə iştirakdan imtina etdi

    Rusiya Kiyevin Moskvanı dəvət etməyə hazırlaşdığı Ukrayna üzrə ikinci sülh sammitində iştirak etmək niyyətində deyil.

    Bu sözləri Rusiya XİN başçısının müavini Mixail Qaluzin deyib.

    “Biz Kiyev rejiminin və onun Qərb kuratorlarının bu ilin iyun ayının ortalarında İsveçrənin Bürgenstok şəhərində baş tutmayan sülh sammiti üçün özlərini reabilitasiya etmək və oxşar tədbir keçirməyə çalışmaq niyyətlərindən xəbərdarıq”, – o bildirib.

    O qeyd edib ki, Rusiya bu cür ultimatumları qəbul etmir və bu cür “zirvə görüşlərində” iştirak etmək fikrində deyil.

    Qaluzin sülh konfransını “fırıldaqçılıq təzahürü” adlandırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR