AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

THY aviaşirkəti bir çox reysi təxirə saldı - KİV

  • + A
  • - A
  • 19-07-2024, 17:24

    THY aviaşirkəti bir çox reysi təxirə saldı -


    Dünyada yaranan rabitə problemləri səbəbindən “Türk Hava Yolları” (THY) aviaşirkəti bir çox reysi təxirə salıb.

    Azadmedia.az şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, THY dünya üzrə müxtəlif sektorlarda bir çox şirkətə təsir edən proqram təminatı ilə bağlı yaranan problemin həllinə dəstək məqsədilə sistemindəki sıxlığı azaltmağa çalışır.

    “Uçuşlarla bağlı yarana biləcək problemin qarşısını almaq məqsədilə THY tərəfindən icra olunan bəzi səfərlər təxirə salınır. Reyslərin tədricən normallaşması ilə bağlı tədbirlər görülür”, - deyə THY-nin məlumatında bildirilir.

    Şirkət uçuşu ləğv olunan sərnişinlərin mobil tətbiq vasitəsilə dəyişiklik edə biləcəyini bildirilib. AzərTac


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR