2024-cü ilin iyun ayının sonunda Rusiya mallarının Türkiyəyə tədarükünün ümumi dəyəri 835 milyon dollar azalaraq 2,95 milyard səviyyəsinə düşüb.
Azadmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Belə ki, bu, Türkiyənin əsas ticarət tərəfdaşları arasında ən böyük azalma olub:
“Belə ki, bu dövrdə İtaliyadan məhsul tədarükünün dəyəri 714 milyon dollar azalaraq 1,2 milyard, Çindən 481 milyon azalaraq 3,4 milyard, İsveçrədən 443 milyon azalaraq 443 milyon, Almaniyadan 364 milyon dollar azalaraq 1,9 milyarda düşüb. Türkiyəyə ixracatda azalmaya görə ilk 10 ölkə arasında İspaniya, ABŞ, Malayziya, Böyük Britaniya və Fransa da var. Birincisi mal tədarükünü 282 milyon dollar, ikincisi 275 milyon, üçüncüsü 196 milyon, dördüncüsü 178 milyon, beşincisi isə 161 milyon dollar azaldıb. Ümumilikdə, iyunda Türkiyənin idxalı may ayı ilə müqayisədə 18,8 faiz azalaraq 24,9 milyard dollara düşüb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.