AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

  • + A
  • - A
  • 5-08-2024, 17:43

    Masallıda Davamlı inkişafda “yaşıl düşüncə” təlimləri başa çatıb - FOTO

    02, 03 və 04 avqust 2024-cü ildə Masallı rayonu, İstisu ərazisində Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi tərəfindən icra olunan Davamlı inkişafda “yaşıl düşüncə” layihəsinin təlimləri keçirilmişdir. Layihənin müddəti 3 ay olmaqla 01 iyun – 31 avqust 2024-cü il tarixləri əhatə edir.

    Bu barədə Azadmedia.az-a məlumat verən “Tərəqqi” gəncliyin inkişafı ictimai birliyinin sədri, layihə rəhbəri Səfərov Raci Ələkbər oğlu qeyd etmişdir ki, təlim 87 onlayn müraciətlər içərisindən - 12 rayon və ya şəhər üzrə o cümlədən Sumqayıt, Lənkəran, Göygöl, Şəmkir, Şəki, Yardımlı, Masallı, Siyəzən, Cəlilabad və Kəlbəcərdən seçilmiş 20 nəfər gəncin iştirakı ilə keçirilmişdir. Layihənin məqsədi ətraf mühitin qorunmasında yaşıl düşüncə və davamlı inkişafda yaşıl düşüncənin logistik əhəmiyyətinə cəmiyyətin, o cümlədən gənclərin diqqətini cəlb etməkdir. Üç günlük təlimlərdə enercayzerlərlə ekoloji sistem, ətraf mühit, onun qorunması, ekoloji tarazlığın saxlanılması, təbii sərvətlər, növləri, onlardan səmərəli istifadə, alternativ enerji mənbələri-davmlı inkişaf, ekoloji təhlükəsizlik, ekoloji problemlər və onun həlli yolları, yanğınlar və onlara qarşı mübarizə tədbirləri, tullantılar və onların idarə olunması, ekoloji siyasət, COP29-yaşıl düşüncə, Yaşıl dünya naminə həmrəylik ili mövzularında gənclərə təlimlər keçirilmişdir. Düşərgənin axırıncı günündə düşərgə iştirakçıları Masallı rayonunun yaşıl düşüncə nümunələri ilə bağlı müxtəlif ərazilərinə o cümlədən Masallı İstisu Sanatoruyasına, Masallı Sənaye Parkına və Masallı Asan Xidmət Mərkəzinə ekskursiya təşil edilmişdir. Layihənin davamlılığını təmin etməkdən ötrü Facebook sosial şəbəkəsində fəalyyət göstərən “SƏHRALAŞMAYAN GƏNCLİK” qrupuna təlimlərdə iştirak edən gənclər üzv edilmişdir. Üç gün ərzində keçiriləcək təlim kurslarında uyğun mövzular üzrə layihənin eksperti Samir Salayev və təlimçi Afiq Məlikov tərəfindən təlimlər keçilmişdir. Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

    “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR