Yaponiya hökuməti vətəndaşlarına İrana səyahət etməməyi məsləhət görüb.
Azadmedia.az “İraninternational”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yosimasa Xayasi avqustun 6-da paytaxt Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Belə ki, Tokio İrana səfərlərlə bağlı xəbərdarlığı üçüncü səviyyəyədək qaldırıb. Bu isə həmin ölkəyə “səyahət etmək məsləhət görülmür” anlamına gəlir.
Bildirilib ki, Yaponiyada səyahətlərlə bağlı dörd səviyyə mövcuddur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.