AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İordaniya, Qətər və Səudiyyə Ərəbistanı Qəzzaya sülhməramlılar göndərməkdən imtina edib

  • + A
  • - A
  • 7-08-2024, 09:51

    İordaniya, Qətər və Səudiyyə Ərəbistanı Qəzzaya sülhməramlılar göndərməkdən imtina edib

    İordaniya, Qətər və Səudiyyə Ərəbistanı hökumətləri ABŞ-nin müharibə başa çatdıqdan sonra Qəzza zolağında sülhməramlı missiyada iştirak təklifini rədd edib.

    TASS xəbər verir ki, bu barədə öz mənbələrinə əsaslanan “The Times of Israel” nəşri məlumat yayıb.

    Mənbələrdən biri vurğulanan imtinanı sülhməramlı missiyanın “İsraili fələstinlilərdən qorumaq” kimi görünməsi ilə əsaslandırıb.

    Eyni zamanda, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) missiyada iştirak etmək niyyətini təsdiqləsə də, hər iki ölkə bunun üçün bir neçə şərt irəli sürüb. Bu şərtlər arasında missiyanın İsrailin Baş naziri Benyamin Netanyahunun rədd etdiyi “iki xalq üçün iki dövlət” konsepsiyası çərçivəsində baş tutması tələbi də yer alır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR