“Son illərdə Azərbaycanda inanmağımız çətin olan xoş hadisələr baş verir. Belə hadisələrdən birini də indi yaşamaqdayıq. Milli Məclisə seçkilərdə Xankəndidə səsvermənin olacağını düşünəndə çox həyəcanlanıram”.
Bu sözəri “Seçki2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Xalq artisti Fəxrəddin Manafov söyləyib.
“Xankəndi mənim vətənimdir, mən orada doğulmuşam.Tezliklə bizim şəhərdə də yerli əhali seçkilərə qatılacaq, səsverməyə gedəcək, parlamentdəki təmsilçimizi seçəcək. Bunu düşünərkən keçirdiyim hissləri sözlə ifadə etmək olmur. İlk növbədə sonsuz qürur hissi yaşayıram və bütün azərbaycanlılar kimi mən də çox xoşbəxtəm.
Azərbaycanın digər bölgələri kimi işğaldan azad olunmuş torpaqlarımızda da insanlar seçkilərdə iştirak edəcək. Hamımızı təbrik edirəm”, - deyə o əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.