Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvar Qəzza zolağında müharibəyə son qoymaq üçün İsraillə atəşkəs sazişi bağlamaq istəyir.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin KİV-i məlumat yayıb.
Belə ki, Misir və Qətərdən olan vasitəçilər bununla bağlı İsraili məlumatlandırıblar. Ankarada hesab edirlər ki, Qəzzada atəşkəslə bağlı razılaşma müəyyən səbəblərə görə əldə edilə bilər. Atəşkəsin əldə edilməsində amerikalılar israr edirlər, danışıqlar masasına qoyulacaq mətn ABŞ-İsrail kompromisinə əsaslanır.
Həmçinin qəzet iddia edir ki, HƏMAS danışıqlar prosesində konstruktiv mövqe nümayiş etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.