Qərbi və Mərkəzi Afrikada leysan yağışlar nəticəsində yaranan daşqınlar 700-ə yaxın insana ziyan vurub.
Bu barədə "Tchadinfos" portalı BMT-nin məlumatlarına istinadən bildirir.
"Təbii fəlakət 700 mindən çox insana təsir edib, 72 nəfər ölüb, daha 699 nəfər xəsarət alıb. 62 min yaşayış binası dağılıb. Söhbət Qvineya, Konqo Demokratik Respublikası, Kot-d'İvuar, Liberiya, Mali, Nigeriya, Toqo, Çaddan gedir", - məlumatda deyilir.
Məlumata görə, daşqınlardan ən çox Çad zərər çəkib - orada təbii fəlakət 240 mindən çox insana ziyan vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.