AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yol polisi sürücülərə müraciət etdi

  • + A
  • - A
  • 17-08-2024, 10:30

    Yol polisi sürücülərə müraciət etdi

    Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Müraciətin mətnini təqdim edirik:

    “Müşahidələr göstərir ki, həftənin şənbə və bazar günləri əhalinin bölgələrə, bağ massivlərinə, istirahət və əyləncə məkanlarına üz tutması avtomobil yollarında hərəkət intensivliyini əhəmiyyətli dərəcədə artırır. Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən həftəsonu ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq. Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.

    Müşahidələr göstərir ki, həftənin şənbə və bazar günləri əhalinin bölgələrə, bağ massivlərinə, istirahət və əyləncə məkanlarına üz tutması avtomobil yollarında hərəkət intensivliyini əhəmiyyətli dərəcədə artırır.

    Nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən həftəsonu ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.

    Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, yol və hava şəraitini nəzərə almağı, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.

    Unutmayaq ki, yol hərəkəti zamanı intizamlı olmaq özümüzə və başqalarına verdiyimiz dəyərdir!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR