Rusiya Ukrayna ilə sərhəddə yerləşən təhlükəli rayonlardan 115 min insanı köçürüb.
Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Denis Manturov Ukrayna ilə sərhəd regionlarda vəziyyətə dair müşavirədə bildirib.
Belə ki, onun sözlərinə görə, 115 min nəfər təhlükəli sərhəd bölgələrindən köçürülüb.
Həmçinin Manturov Nazirlər Kabinetinin sərhəd rayonlarında vəziyyətlə əlaqədar Fövqəladə Hallar Nazirliyi üçün 1,9 milyard rubl ayrılması ilə bağlı qərar hazırladığını da söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.