Bakı, 25 avqust — Azadmedia.az
VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşlərində də müşahidə edildiyi kimi 15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan seçicilər tərəfindən yüksək səviyyədə dəstəklənir.
Azadmedia.az xəbər verir ki, Ülvi Quliyevin seçki kampaniyası çərçivəsində komandası tərəfindən aparılan təbliğat-təşviqat kompaniyası uğurla davam edir və seçicilərə namizədin fəaliyyəti, həmçinin platforması barədə ətraflı məlumat verilir.
Deputat Qərargahından Azadmedia.az-a verilən məlumata görə, hər bir görüş zamanı
seçki dairəsindən olan sakinlər Ülvi Quliyev haqqında xoş sözlər söyləyir, eyni zamanda, bundan öncəki parlamentari kimi fəaliyyətindən razılıqlarını bildirirlər.
Bundan əlavə, Ü.Quliyev Qazi və şəhid ailələrinin də evlərində olur, platforması barədə məlumat verir, onların problemləri ilə daha yaxından maraqlanır.
Vurğulayır ki, bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət dayanır.
Həmçinin fərdi təmaslar zamanı onları narahat edən suallara mümkün qədər aydınlıq gətirərək, problem və qayğılarını qanuni səlahiyyətləri çərçivəsində həll etməyə çalışır.
Nəzərinizə çatdıraq ki, digər şəhər və rayonlarımızda olduğu kimi sentyabrın 1-də keçiriləcək Parlament seçkiləri ilə əlaqədar,
Yasamal rayonunda da bu istiqamətdə geniş planlar həyata keçirilib və tədbirlər davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.