2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Məşhur Məmmədov Masallı şəhər Mədəniyyət evində şəhid ailələri, müharibə veteranları ilə görüşüb.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycanın uğurlu siyasəti ilə hər bir hədəfə zamanında nail olduğunu deyib. Tarixi Zəfərimizin yaratdığı reallıqların həm Azərbaycan, həm də bütövlükdə region üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
YAP namizədi Məşhur Məmmədov qeyd edib ki, Azərbaycan dövləti şəhid ailələri, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir: “Onların sosial təminatının yaxşılaşdırılması üçün müxtəlif proqramlar həyata keçirilir, müavinətlər və mənzillər verilir. Müharibə veteranlarının reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün dəstək tədbirləri görülür. Şəhid ailələri üçün xüsusi olaraq sosial müdafiə proqramları mövcuddur”.
Məşhur Məmmədov inamını ifadə edib ki, sentyabrın 1-də keçiriləcək seçkilərdə şəhid ailələri, müharibə veteranları və iştirakçıları fəallıq nümayiş etdirərək layiqli namizədə səs verəcəklər.
Görüşdə çıxış edən seçicilər Teymur Hüseynov, Nahid Rəhimov, Əyyub Mehdiyev, Elnur Hacıyev, Heybət Niftiyev və digərləri bildiriblər ki, yeni dövrə yeni Azərbaycanla birgə addımlamaq üçün seçkilərdə fəal olacaq və YAP-ın namizədlərinə səs verəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.