Bakı, 30 avqust — Azadmedia.az
VII çağırış Milli Məclisin deputatlığına namizəd Ülvi Quliyev seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində görüşlərindən də müşahidə edildiyi kimi 15 saylı Yasamal rayon birinci seçki dairəsindən olan seçicilər tərəfindən, xüsusilə qazilər və şəhid ailələri tərəfindən yüksək səviyyədə dəstəklənir.
Azadmedia.az xəbər verir ki, 30 avqust, 2024-cü il tarixdə Ülvi Quliyevin “Seçki Qərargahı”nda Şəhid ailələrilə keçirilən görüş barədə namizədin özü də sosial media hesabında paylaşım edərək bunları qeyd edib:
“Əziz şəhidlərimizin valideynləri və ailə üzvləri ilə bugünkü görüş də qəlbimdə dərin izlər buraxdı. Şəhid ana və atalarının mərd duruşu, qürurlu baxışları unudulmazdır. Onların hər birinin qarşısında baş əyir, sidq ürəkdən gələn xeyir-dualarına görə bir daha təşəkkür edirəm. Uca Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına və xalqımıza səbr, qazilərimizə şəfa və uzun ömür diləyirəm.”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.