Rusiya, Türkiyə, Suriya və İran Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün bir araya gələcək.
Azadmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT”də yayımlanan “Şərqə körpülər” proqramına müsahibəsində deyib.
Belə ki, Lavrovun sözlərinə görə, Suriya hökuməti hesab edir ki, Türkiyə kontingentinin ölkə ərazisindən çıxarılması prosedurunu dəqiq müəyyən etmək lazımdır, Ankara buna hazırdır, lakin konkret parametrlər hələ razılaşdırılmayıb.
Həmçinin “Türkiyə və Suriyanın hazırkı liderləri 2010-2011-ci ilə qədər, yəni ərəb baharı başlayana qədər çox isti şəxsi münasibətlərə malik idilər. Və hesab edirəm ki, bu məqam müsbət rol oynayacaq”, - deyə nazir vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.