Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında görüş planlaşdırılır.
Bu barədə məlumatı İranın Rusiyadakı səfiri Kazım Cəlali açıqlayıb.
Onun sözlərinə görə, görüş Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində baş tutacaq.
Həmçinin İran prezidentinin sammitdə iştirak edəcək digər liderlərlə, eləcə də İran icması ilə görüşü gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl Məsud Pezeşkianın oktyabrın 22-24-də keçiriləcək BRICS sammitində iştirak edəcəyi barədə məlumat yayılmışdı.
Onu da qeyd edək ki, İran cari il yanvarın birindən BRICS-ə qoşulub.(TASS)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.