Masallıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Sentyabrın 7-si saat 14 radələrində 6 aylıq Nilay Tural qızı Bədəlbəyli yaşadığı Masallı şəhəri Digah küçəsindəki evdə faciəvi şəkildə vəfat edib.
Belə ki, körpənin başı uşaq arabasının konstruksiyasının arasına keçib və o boğularaq ölüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.