“Noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin. Çünki çalışan analar üçün bağça önəmlidir”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bu səbəbdən də də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək: “Sadəcə xüsusi hallarda ümumi proses üçün bu fəaliyyət üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə, övladlarını özləri ilə götürür”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.