AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi

  • + A
  • - A
  • 13-09-2024, 14:22

     

    10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi


    9 (10) noyabr bəyanatının 9-cu bəndi həyata keçiriləcək, Rusiya və İranın mövqeyi qətidir, belə olacaq.

    Bu sözləri beynəlxalq məsələlər üzrə mütəxəssis Qriqori Balasanyan erməni mediasına deyib.

    Onun fikrincə, Rusiya və İran Azərbaycandan “Zəngəzur dəhlizi” ideyasının müvəqqəti olaraq gündəmdən düşdüyünə dair zəmanət alıblar və indi kommunikasiyaların açılıb-açılmayacağı Ermənistandan asılıdır:

    “Üstəlik, Ermənistan ciddi təzyiqlərə məruz qalır, o cümlədən Qazaxıstan uranının Ermənistan və Türkiyədən keçərək Avropaya daşınması üçün bu dəhlizə ehtiyacı olan Qərbdən.

    O ki qaldı rus sərhədçilərinə, onlar fiziki iştirak olmadan necə xidmət etməlidirlər? 9 (10) noyabr bəyanatının məntiqindən belə çıxır ki, Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhədçiləri arasında dayanmalıdır. Bəlkə yükləri pilotsuz təyyarələrlə və ya kosmosdan yoxlasınlar? Mən bilmirəm. Ola bilsin ki, müvafiq şifahi razılaşma olub. 2020-ci ildən sonra artıq elə hallar olub ki, şifahi razılaşmaların nəticələrinə əsasən biz fakt qarşısında qalmışıq”.

    Onun sözlərinə görə, Rusiya sərhədçilərinin yola (Zəngəzur dəhlizi – red.) nəzarət edəcəyi ilə bağlı müqavilədə heç nə yoxdur:

    “Söhbət yola yox, sərhəd-keçid məntəqəsinə nəzarətdən gedir və bunlar başqa şeylərdir. Bəyanatda Ermənistanın nəzarət etməməsi ilə bağlı da heç bir bənd yoxdur. Üstəlik, 2021-ci ildə Overçuk iki dəfə bildirib ki, Ermənistan və Azərbaycanın yolları bu ölkələrin yurisdiksiyasında olacaq”.

    Ekspert qeyd edib ki, bu məsələdə heç kim Ermənistanın hüquqlarını pozmayıb ki, Ermənistan bununla mübarizə də aparsın:

    “İranla Rusiya arasında nifaq salmaq və bunun fonunda “Zəngəzur dəhlizi” ideyasını təbliğ etmək üçün kənardan məqsədli şəkildə informasiya gündəmə gətirilib. İranda mühafizəkarlar və islahatçılar arasında ikili güc formalaşdırmağa cəhd edilir. Və Qərblə münasibətləri dərinləşdirmək yolu ilə gedən yeni siyasi qanadın (islahatçılar) nümayəndələri tərəfindən kəskin bəyanatlar səsləndirilib.

    Bununla belə, İran və Rusiya arasında qlobal mənada heç bir problem yoxdur və İran Təhlükəsizlik Şurası katibinin Rusiyaya səfəri şifahi atışmanı dayandırmaq məqsədi daşıyırdı”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR