AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı

  • + A
  • - A
  • 13-09-2024, 18:13

    Rusiya pul siyasətini sərtləşdirir: faizlər artdı

    Rusiya Mərkəzi Bank faiz dərəcəsini illik 18%-dən 19%-ə qaldırıb.

    Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilib.

    Bildirilib ki, inflyasiyanın bu il üçün proqnozu üstələyəcəyi gözlənilir:

    “Mövcud inflyasiya təzyiqləri yüksək olaraq qalır. 2024-cü ilin sonuna qədər illik inflyasiyanın iyulun 6,5-7%-lik proqnoz diapazonunu keçəcəyi gözlənilir. Daxili tələbatın artımı hələ də əmtəə və xidmətlərin təklifini genişləndirmək imkanlarını əhəmiyyətli dərəcədə üstələyir. Dezinflyasiya prosesini bərpa etmək, inflyasiya gözləntilərini azaltmaq və inflyasiyanın 2025-ci ildə hədəfə qayıtmasını təmin etmək üçün pul siyasətinin əlavə sərtləşdirilməsi tələb olunur”, - deyə Mərkəzi Bankdan bildirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR