İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bu barədə DİN məlumat yayıb.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 7-13 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 5 avtomat silahı, 4 tapança, 6 tüfəng, 13 qumbara, 16 alışdırıcı, 5 süngü-bıçaq, 20 patron darağı, 679 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 1 qumbara, 1 alışdırıcı, 196 ədəd müxtəlif çaplı patron, Kəlbəcər rayonu ərazisindən 1 qumbaraatan və 5 ədəd mərmi, Tərtər rayonu ərazisindən 1 qumbaraatan, 6 patron darağı, 180 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonunun Muğanlı kəndi ərazisindən 51 mərmi, 243 qumbara, 28780 ədəd müxtəlif çaplı patron, 58 barıt atımı, 62 alışdırıcı, Ağdam rayonunun Papravənd kəndi ərazisindən 2 avtomat, 5 mərmi, 55 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, Qubadlı rayonunun Qaraağacı kəndi ərazisindən 1 avtomat, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.