AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşa ilə Türkiyə arasında müdafiə sektorunda əməkdaşlığı artırmaq planları açıqlandı - KİV

  • + A
  • - A
  • 23-09-2024, 20:00


    Polşa ilə Türkiyə arasında müdafiə sektorunda əməkdaşlığı artırmaq planları açıqlandı -


    Polşa parlamentinin sədri Şimon Xolovnya Ankaraya üç günlük səfəri zamanı Polşa ilə Türkiyə arasında müdafiə sektorunda əməkdaşlığı artırmaq planlarını açıqlayıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

    Belə ki, “Biz insansız hərbi vasitələr hazırlayırıq və sursat fabriklərinin planlaşdırılmasının qabaqcıl mərhələsindəyik. Türkiyə bu prosesdə iştirak etməyə hazırdır”, - deyə Polşa parlamentinin sədri qeyd edib.

    Həmçinin Xolovnya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və xarici işlər naziri Hakan Fidan ilə də görüşlər keçirib.

    Qeyd edək ki, görüşlərdə Ukrayna müharibəsi, Qəzza münaqişəsi və müdafiə sahəsində əməkdaşlıq kimi mühüm məsələlər müzakirə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR