Özgür Kürüm, “Aselsan-Baku” direktoruAselsan, müdafiə elektronikasının bütün sahələrində fəaliyyət göstərən və Türkiyənin ən iri müdafiə şirkəti olan, dünya üzrə isə 42-ci yerdə yerləşən bir şirkətdir.
Bizim fəaliyyətimizin başlanğıcı 1970-ci illərin sonlarında başladığımız hərbi rabitədir, lakin bu sahə elektron müharibə, elektrooptika, radarlar, müşahidə sistemləri və digər kritik mülki texnologiyalar kimi sahələrə də genişlənmişdir. Biz yeni texnologiyaları və tendensiyaları sistemlərimizə inteqrasiya etməyə çalışırıq, onları müştərilərimizin və istifadəçilərimizin ehtiyaclarına uyğun inkişaf etdiririk. Süni intellekt bütün daxili proseslərimizdə və məhsul sistemlərimizdə tətbiq olunur.
Şirkətimizin fəlsəfəsi belədir: yeni bir məhsul xəttinə girmək və ya fəaliyyət sahəsinə daxil olmaq qərarı verdiyimizdə, məqsədimiz həmin sahədə ən yaxşı olmaqdır. Hər hansı bir iş gördüyümüzdə, onu ən yüksək keyfiyyətlə yerinə yetirməyə çalışırıq.
Azerbaycanla əməkdaşlığımızın məqsədlərindən biri yerli tərəfdaşlarla birlikdə istehsal və texnologiyaların inkişafıdır. Bu səbəbdən, ADEX sərgisinin ilk buraxılışından etibarən iştirak edirik. Türk şirkəti olaraq ADEX-in regional və qlobal sərgi kimi inkişaf etdiyini görmək bizim üçün böyük bir sevincdir. Əslində, onun regional mərkəzə çevrildiyini rahatlıqla deyə bilərəm. Burada olan şirkətlərin yalnız Azərbaycana bir şey satmaq məqsədilə deyil, həm də üçüncü ölkələr və şirkətlərlə əməkdaşlıq etmək niyyətində olduqlarını müşahidə edirəm və B2B görüşləri keçirilir. Bu, ADEX-in perspektivləri üçün ümidvericidir, çünki burada olan şirkətlərin əməkdaşlıq məqsədilə bir araya gəldikləri aydındır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.