Xəbər verdiyimiz kimi, sentyabrın 26-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.
İlk iclası Ali Məclisin ən qocaman deputatı Ramiz Məmmədov aparıb.
İclasda Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb.
Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.
Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.
Deputatlar təkliflər irəli sürüb.
Qeyd edək ki, səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Ali Məclis sədrinin I müavini, Abdullayev Arzu Kamal oğlu Ali Məclis sədrinin müavini seçilib.
Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.