AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik - Ceyhun Bayramov

  • + A
  • - A
  • 29-09-2024, 11:00

    2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik - Ceyhun Bayramov

    “Azərbaycan hər zaman beynəlxalq sülh və təhlükəsizliyin, konfessiyalar və mədəniyyətlər arası dialoqun təşviq edilməsində, 2030 Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verilməsində və qlobal həmrəylik və çoxtərəfliliyin gücləndirilməsində ön sırada yer alıb”.

    Bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

    Nazir bildirib ki, 2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Hərəkatın yüksələn rolu və beynəlxalq əlaqələrdə əməkdaşlıq ruhunu artırıb. “Çoxtərəfliliyin eroziyaya uğradığı bir vaxtda Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevin uzaqgörən liderliyi altında beynəlxalq həmrəyliyin gücləndirilməsi və qlobal çağırışlara qarşı kollektiv həll yollarının təşviqi istiqamətində qətiyyətli addımlar atılıb. “Heç kəsi geridə qoymamaq” kimi nəcib çağırışı rəhbər tutan Azərbaycan ehtiyacı olan inkişaf etməkdə olan ölkələrə dəstəyini davam etdirir. Biz 2020-ci ildən bəri 140-dan çox ölkəyə 330 milyon ABŞ dolları dəyərində humanitar, iqtisadi və texniki dəstək göstərmişik”, - deyə Ceyhun Bayramov bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR