İsrail ordusu Livanın cənubunda Hizbullahla intensiv döyüşlər aparır və sakinləri Litani çayının cənubuna avtomobillə getməməyə çağırır.
Azadmedia.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Avixay Edri deyib.
Belə ki, “Livanın cənubunda şiddətli döyüşlər gedir, Hizbullah qüvvələri mülki əhalidən canlı qalxan kimi istifadə edərək hücumlar təşkil edir. Şəxsi təhlükəsizliyiniz naminə sizdən tələb edirik ki, nəqliyyat vasitələri ilə şimaldan Litani çayının cənubuna doğru gəlməyin”, - deyə Edri əhaliyə çağırışında bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.