BMT Baş katibi Antoniu Quttereş Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb.
Azadmedia.az xəbər verir ki, bu barədə baş katibin ofisinin yaydığı məlumatda deyilir.
Belə ki, Quttereş, həmçinin beynəlxalq ictimaiyyəti Livana humanitar yardım üçün 426 milyon ABŞ dolları toplamağa çağırıb.
Həmçinin “Baş katib bu gün səhər Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb. O, Baş nazirə bildirib ki, Livandakı BMT sistemi ölkədə ehtiyacı olanlara yardım göstərmək üçün tam səfərbər olunub. Baş katib beynəlxalq ictimaiyyəti 426 milyon ABŞ dolları məbləğində humanitar yardım sorğusunu dəstəkləməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.