AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hörmətli həmfikirlər! - FOTOLAR

  • + A
  • - A
  • 4-10-2024, 15:25

    Hörmətli həmfikirlər!

    Azərbaycan Respublikası Milli Məclisin deputatı Məşhur Şahbaz oğlu Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə fəaliyyət göstərən "Masallı Təhsil Fondu" 5-ildir ki,aztəminatlı ailələrin qız övladlarının Dövlət Universitetlərinin Pedaqoji fakultələrində təhsil almalarına köməklik göstərir.

    Millət Vəkili Məşhur Məmmədov 2024/2025-ci tədris ilində,bu xeyirxah işi davam etdirməklə tələbə qızların təhsilinə qayğı ilə yanaşmasının təzahürünün nümunəsidir.

    03-oktyabr 2024-cü il tarixdə "Masallı Təhsil Fondu"nun əməkdalarının iştirakı ilə növbəti yığıncaq keçirildi.Yığıncaqda "Masallı Təhsil Fondu"nun 2024/2025-ci tədris ilində görüləcək işlər barədə məsələlər müzakirə edildi.
    Sonda "Masallı Təhsil Fondu"nun əməkdaşlarının yeni tərkibi seçildi.

    1) Tağıyeva Əntiqə Rəhim qızı
    2) Əliyeva Kinəxanım Rüstəm qızı
    3) Şahbazova Məhbubə Mürsəl qızı
    4) Qənbərova Lətifə Tərlan qızı
    5) Şükürova Aytən İdris qızı
    6) Əmənova Fidan Zahit qızı
    7) Nəzərov Hekayət Qardaşxan oğlu
    8) Şahverdiyev Rəmzi Əlövsət oğlu
    9) Əsgərov İnşalla Novruz oğlu


    2024/2025-ci tədris ilində 74-saylı Masallı seçki dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərində aztəminatlı ailələrin qız övladları "Masallı Təhsil Fondu"na müraciət etmiş və 50 nəfər Dövlət Universitetlərinə 300-dən çox bal topladıqları üçün Fondun nizamnaməsinə əsasən onların hər birinə Fond tərəfindən köməklik göstərilmişdir.
    "Masallı Təhsil Fondu"nun fəaliyyəti haqqında məlumatı ictimaiyyətin bir daha nəzərlərinə çatdırırıq ki,2020-ci ildən fəaliyyət göstərən "Masallı Təhsil Fondu" 5-il müddətində 200-nəfər tələbələrə köməklik göstərmişdir.
    Keçən tədris ilində 32-nəfər tələbələr Dövlət Universitetlərini bitirmiş və onlardan 26-nəfəri müəllim adını qazanmaq üçün MİQ imtahanlarında iştirak etmişlər.
    6-nəfər tələbə 2-ixtisaslı olduqaları üçün 5-ci kursda təhsillərini davam etdirirlər.

    "Masallı Təhsil Fondu"nun əsas məqsədi qızları təhsilə cəlb etmək və erkən nigahın qarşısını almaqdır.
    Unutmayaq ki,qızların təhsili və rifahı üçün sərmayə qoyarkən təkcə onların gələcəyinə deyil,insanlığın gələcəyinə sərmayə qoymaq deməkdir.
    "Masallı Təhsil Fondu" bütün tələbələrə təhsildə uğurlar arzulayır.


    "Masallı Təhsil Fondu"nun direktoru: Hüseyn Hüseynov
    "Masallı Təhsil Fondu"nun əməkdaşı: Rəmzi Şahverdiyev






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR