İsrail İranın infrastrukturuna hücuma edərsə, Tehrandan qəti cavab alacaq.
Azadmedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı deyib.
Belə ki, o, Təl-Əvivə ölkəsinin səbir və iradəsini sınamamağı tövsiyə edib.
“Heç bir şübhə və tələskənlik olmayacaq. Bunun ardınca qisas gələcək”.
Bundan əlavə, Araqçı İranın Suriya və Livanı tək qoymayacağına da söz verib:
“Tehran düşmənlə mübarizədə müqavimət hərəkatına yardım etməyə davam edəcək”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.