Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla Ukraynada sülh mövzusunu müzakirə etməkdən imtina edib.
Azadmedia.az xəbər verir ki, bu barədə “Reuters“ Almaniyanın xarici işlər naziri Annalena Berboka istinadən məlumat yayıb.
Belə ki, “Ukrayna ədalətli sülhə hazırdır”, - deyə Berbok qeyd edib.
Həmçinin XİN rəhbəri vurğulayıb ki, məhz Putin sülh yolu ilə nizamlanmanın həlli yollarını axtarmaqdan imtina edir:
“O, sülhü qəbul etməkdən imtina edir və hər gün müharibə və dağıntının lehinə növbəti bir siqnal göndərir. Bu günlərdə Almaniya Kansleri ilə telefonla danışmağa belə hazır deyil”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.