Azərbaycan Prezidenti İlham Əliyev Tunisin lideri Kays Sayidə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Tunis arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.