Avropa Parlamentinin (AP) Beynəlxalq Ticarət Komitəsi Kiyevə 35 milyard avro məbləğində Avropa kreditinin verilməsi mexanizmini təsdiqləyib.
Azadmedia.az xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məbləğin ödənilməsi Rusiya aktivlərindən əldə edilən gəlirdən nəzərdə tutulub.
Qeyd edək ki, bir neçə gün öncə Avropa Birliyi səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə edərək Kiyevə kredit verməyə razılıq veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.