Nüvə silahlarının azaldılması ilə bağlı təmaslar dayandırıla bilməz, lakin bütün məsələlər mövcud vəziyyət nəzərə alınmaqla nəzərdən keçirilməlidir.
Azadmedia.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Belə ki, “Rusiya belə təmasları zəruri hesab edir və onu dayandırmaq olmaz. Amma biz mövcud vəziyyəti nəzərə alaraq bütün təhlükəsizlik məsələlərinə hərtərəfli baxmalıyıq”, - deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.