ABŞ Şimali Koreya əsgərlərinin Rusiya üçün döyüşməsi ilə bağlı yayılan xəbərlərdən narahatdır.
Azadmedia.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet deyib.
Belə ki, "Belə bir addım həm də Ukraynaya qarşı amansız müharibəsində ciddi itkilər verməyə davam edən Rusiya üçün ümidsizliyin yeni səviyyəsi demək olardı", - deyə sözçü bildirib.
Xatırladaq ki, Rusiyanın şimali koreyalılardan ibarət 3 min nəfərlik xüsusi Buryat batalyonu yaratdığı bildirilir. Hətta bu batalyonun Kurskda döyüşlərə də cəlb edildiyi haqda informasiyalar var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.